Norveç Qış Olimpiya Oyunlarında öz rekordunu yenilədi
Norveç yığması bir Qış Olimpiya Oyunlarında qazanılan qızıl medalların sayına görə öz rekordunu yeniləyib.
TodayPress TV bu barədə "RBC"ya istinadən xəbər verir.
Fevralın 20-də bioatlonçu Yohannes Dale 15 km məsafəyə kütləvi yarışda qalib gələrək yığmaya 2026-cı il Oyunlarında 17-ci qızıl medalı qazandırıb.
Beləliklə, Norveç bir Qış Olimpiadasında qazanılan qızıl mükafatların sayına görə özünə aid dünya rekordunu təzələyib. 2022-ci ildə Pekində norveçlilər 16 qızıl medal qazanmışdılar ki, bu da həmin vaxt tarix boyu ən yaxşı nəticə idi.