Niderland qoşunları İraqı tərk edir
Dünya
20.03.2026 23:00
NATO-nun İraqdakı missiyasında iştirak edən bütün Niderland hərbçiləri və mülki şəxsləri alyansın iştirak formatını dəyişdirmək qərarından sonra ölkəni tərk edərək vətənlərinə qayıdırlar.
TodayPress TV xəbər verir ki, bu barədə ölkə müdafiə naziri Dilan Yeşilgöz-Zegerius “X” sosial şəbəkəsində yazıb.
"Yaxın Şərqdə pisləşən təhlükəsizlik vəziyyəti səbəbindən NATO İraqdakı missiyanın formatını dəyişdirmək və bütün iştirakçılarını Avropaya köçürmək qərarına gəlib. Bu səbəbdən bütün Niderland hərbi və mülki mütəxəssisləri İraqı tərk ediblər. Onlar Niderlanda qayıdırlar", - deyə o bildirib.
Yeşilgözün sözlərinə görə, missiya yaxın gələcəkdə NATO-nun Neapoldakı Birgə Qüvvələr Komandanlığı bazasından məhdud miqyasda davam edəcək.
Aysel Mətləb
tag: NATO,Niderland,Qoşun,İraq,TodayPress TV,
