Niderland Hörmüz boğazında təhlükəsizliyi qorumağa hazırdır
Niderland hərbi əməliyyatların dayandırılmasından sonra Hörmüz boğazında naviqasiya azadlığının təmin edilməsinə töhfə verməyə hazırdır.
TodayPress TV xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Tom Berendsen Yaxın Şərqdəki vəziyyətlə bağlı təxminən 40 ölkənin iştirakı ilə keçirilən videokonfransdan sonra bildirib.
"Hörmüz boğazında təhlükəsiz naviqasiya o qədər vacibdir ki, Niderland başqalarının bu məsələni həll etməsini izləməyəcək. Biz öz rolumuzu oynamağa hazırıq, amma aydın şəkildə müəyyən edilmiş hədlər daxilində", - deyə o qeyd edib.
Aysel Mətləb