Netanyahu və Uitkoff regiondakı vəziyyəti müzakirə etdilər
Dünya
04.02.2026 07:00
İsrailin Baş naziri Binyamin Netanyahu ilə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff arasında Qüdsdə görüş keçirilib.
TodayPress TV xəbər verir ki, bu barədə İsrail hökuməti rəhbərinin ofisi məlumat yayıb.
Bildirilib ki, söhbətin əsas mövzuları Qəzza zolağındakı nizamlanma və İran ətrafındakı vəziyyət olub.
"Baş nazir HƏMAS-ın tərksilah edilməsi, zolağın silahsızlaşdırılması və Qəzza zolağının yenidən qurulmasına başlamazdan əvvəl müharibənin məqsədlərinə tam şəkildə nail olunması tələbini bir daha təkrarlayıb", - deyə açıqlamada deyilib.
Bəyanatda qeyd olunub ki, Uitkoffla söhbəti zamanı Netanyahu Fələstinin heç bir halda Zolağın idarəçiliyində iştirak etməyəcəyini açıq şəkildə bildirib və ABŞ-nin İsraildəki səfiri Mayk Hakabiyə Qəzza zolağında aşkar edilən kobud qanun pozuntuları barədə məlumat verib.
Tərəflər, həmçinin regionda artan gərginlik fonunda İran ətrafındakı vəziyyəti müzakirə ediblər.
Aysel Mətləb
tag: İsrail,Uitkoff,Natenyahu,İran,Qəzza,Todaypress.tv,
