Netanyahu: “Sağam və mübarizə davam edir”
Dünya
20.03.2026 11:00
İsrailin Baş naziri Benyamin Netanyahu xarici mediaya verdiyi mətbuat konfransında ölüm xəbərlərinə cavab verərək sağ olduğunu açıqlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə "Times of Israel" qəzeti məlumat yayıb.
O, bu iddiaları təkzib edib.
Netanyahu bildirib ki, İsrail və ABŞ Yaxın Şərqi və dünyanı müdafiə edir. Onun sözlərinə görə, 20 günlük döyüşdən sonra İranın hərbi imkanlarına, xüsusilə nüvə və ballistik raket proqramlarına ciddi ziyan dəyib.
Baş nazir qeyd edib ki, İranın raket və pilotsuz uçuş aparatları arsenalı xeyli zəifləyib və ölkə artıq uranı zənginləşdirmək və ballistik raket istehsal etmək gücündə deyil.
O, İsrailin üstün mövqedə olduğunu vurğulayıb. Netanyahu həmçinin İrana qarşı əməliyyatların lazım olduğu müddətcə davam edəcəyini bildirib.
Türkan İsgəndərli
tag: İsrail,Netanyahu,ABŞ,Konfrans,Todaypress.tv,
