Neft qiymətləri kəskin bahalaşdı - SƏBƏB
İranın ABŞ hərbi bazalarına endirdiyi zərbələr fonunda dünya bazarında neft qiymətləri yenidən yüksəlib.
TodayPress TV xəbər verir ki, məlumata görə, Brent markalı neftin bir barelinin qiyməti 7 faiz artaraq 90 ABŞ dollarını ötüb. WTI markalı ABŞ nefti isə 84 dolları keçib.
Analitiklər qiymət artımını Yaxın Şərqdə gərginliyin yenidən yüksəlməsi və enerji bazarlarında yaranan narahatlıqla əlaqələndirirlər.