Bu gecə Rusiya-Ukrayna arasında nə baş verəcək? Zelenski XƏBƏRDARLIQ ETDİ
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın iyulun 29-dan 30-na keçən gecə ölkə ərazisinə genişmiqyaslı raket və dron zərbələri endirə biləcəyi barədə xəbərdarlıq edib.
TodayPress TV xəbər verir ki, Zelenski bu barədə “Telegram” kanalında paylaşım edərək bildirib ki, xəbərdarlıq Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri komandanı Anatoli Krivonojkonun məruzəsinə əsaslanır.
Onun sözlərinə görə, Rusiya ordusu bir neçə gündür kütləvi hücuma hazırlaşır və zərbənin məhz bu gecə həyata keçirilməsi ehtimalı yüksək qiymətləndirilir.