NATO: "Rusiya region üçün ciddi təhdid olaraq qalır"
NATO Rusiyanı Avro-Atlantik regionu üçün ciddi təhlükə hesab edir.
TodayPress TV xəbər verir ki, bu barədə hərbi-siyasi blokun baş katibi Mark Ruttenin alyansın saytında dərc olunmuş illik hesabatında deyilib.
"Rusiya təhlükəsizliyimizə, eləcə də Avro-Atlantik regionunda sülh və sabitliyə ən əhəmiyyətli və birbaşa təhdid olaraq qalır", - deyə Rutte vurğulayıb və əlavə edib ki, alyansın üzləşdiyi təhdidlərə qarşı durmağa hazır olması üçün müdafiə qabiliyyətlərini gücləndirməlidir.
Aysel Mətləb