Müəllim işə gecikdiyinə görə həbs olundu

Müəllim işə gecikdiyinə görə həbs olundu
25.12.2025 19:30 Dünya

Taylandda çalışan rusiyalı müəllim iki dəfə işə gecikdiyinə görə həbs edilib.

TodayPress TV xəbər verir ki, "Life SHOT"un məlumatına görə, Blaqoveşçenskdən olan 40 yaşlı müəllim bir neçə il əvvəl Taylanda köçüb və 2022-ci ildən yerli məktəbdə ingilis dili və bədən tərbiyəsi müəllimi kimi çalışıb.

İşə iki dəfə gecikdiyinə görə əmək intizamını pozan müəllim işdən çıxarılıb, bununla da onun ölkədə qalmasına imkan verən iş vizası ləğv edilib. Yeni immiqrasiya möhürü almaq üçün Banqkok üzərindən qonşu ölkəyə getmək cəhdi zamanı o saxlanılıb.

Yaşamaq icazəsi olmadığı üçün müəllim immiqrasiya həbsxanasına göndərilib. Onun yaxınları hazırda Taylanddakı Rusiya səfirliyi ilə əlaqə saxlayaraq müəllimin vətənə qaytarılması üçün kömək istəyirlər.

Jalə Rövşən 

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər