Moskvaya dəhşətli hücum - Ölü və yaralılar var - VİDEO
Moskva vilayətində PUA hücumu nəticəsində bir neçə küçəyə ziyan dəyib, 5 nəfər ölüb.
TodayPress TV xəbər verir ki, Moskva vilayətinin qubernatoru PUA hücumundan sonra Çexov bələdiyyə dairəsinin sənaye zonasında bir neçə yanğın ocağının qeydə alındığını bildirib.
"Ən böyük yanğın anbarda baş verib və açıq alov artıq söndürülüb. Həmçinin elektrik yarımstansiyası və inzibati bina zədələnib", – deyə qubernator qeyd edib.
İlkin məlumata görə, hücum nəticəsində 5 nəfər həlak olub, daha 6 nəfər isə yaralanıb.