Moskvanın bütün hava limanları bağlandı - nə baş verir?

Dünya

05.05.2026 16:05

Moskva vaxtı ilə bu gün səhər saatlarında Rusiyanın paytaxtındakı bütün əsas hava limanları – Şeremetyevo, Domodedovo, Vnukovo və Jukovski – fəaliyyətini tam dayandırıb.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviatsiya) məlumat yayıb.

Qərar Ukrayna tərəfindən həyata keçirilən dron hücumu təhlükəsi səbəbindən qəbul olunub. Təhlükəsizlik məqsədilə bütün uçuş və enişlərə müvəqqəti qadağa qoyulub.Hazırda hava limanlarında yüzlərlə reys ləğv olunub və ya təxirə salınıb.

Sərnişinlərə alternativ marşrutlar və ya uçuşların bərpa olunmasını gözləmələri tövsiyə olunur.Rusiya Müdafiə Nazirliyi bildirib ki, paytaxt ətrafında hava hücumundan müdafiə sistemləri aktivləşdirilib və bir neçə dron məhv edilib. Hadisə ilə bağlı ətraflı məlumat daxil olmaqdadır.Aktual vəziyyət:

Hava limanlarının nə vaxt normal iş rejiminə qayıdacağı hələlik məlum deyil. Sərnişinlərdən aeroportlara getməzdən əvvəl aviaşirkətlərlə əlaqə saxlamaları xahiş olunur.

Bu, son vaxtlar Moskva hava limanlarında dron təhlükəsi səbəbindən baş verən oxşar hadisələrin davamıdır. 

Jalə Rövşən

TodayPress TV

tag: Moskva,Şeremetyevo,Domodedovo,Vnukovo,Jukovski,Todaypress.tv,