Moskva Ermənistan üçün "düyməyə basdı": Sərt qərarlar gəlir!

Moskva Ermənistan üçün "düyməyə basdı": Sərt qərarlar gəlir!
08.04.2026 10:50 Dünya

Rusiya ilə Ermənistan arasında münasibətlərin daha da gərginləşdiyi iddia olunur.

TodayPress TV xəbər verir ki, bu barədə erməni mənbələrində yayılan məlumatlarda bildirilir.

Məlumata görə, Vladimir Putin və Nikol Paşinyan arasında keçirilən son görüşdən sonra qapalı qapılar arxasında daha sərt müzakirələr aparılıb.

İddialara əsasən, Moskva Paşinyan hakimiyyəti ilə razılığa gəlməyin mümkün olmadığını düşünür və artıq praktiki addımlar atmağa başlayıb:

“Rusiya tərəfi Paşinyan hakimiyyəti ilə əlaqəli biznes və təşkilatlara qarşı məhdudiyyətlər tətbiq etməyi nəzərdən keçirir”.

Qeyd olunur ki, bu çərçivədə bəzi şirkətlərin, o cümlədən spirtli içkilər ixrac edən müəssisələrin fəaliyyətinə məhdudiyyət qoyulduğu iddia edilir.

Həmçinin bəzi erməni iş adamlarının Rusiyada “persona non grata” elan olunduğu da bildirilir.

Qiymət Mahir

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər