Mkrtıç Proşyanın həbs müddəti daha iki ay uzadıldı
İrəvanın birinci instansiya məhkəməsi Erməni Apostol Kilsəsinin Araqasotn yeparxiyasının rəhbəri yepiskop Mkrtıç Proşyanın həbs müddətini daha iki ay uzadıb.
TodayPress TV Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə onun vəkili bildirib.
"Bu qərarı dekabrın 13-ü hakim Karen Farxoyan verib. Müdafiə tərəfi hələ məhkəmə qərarını almayıb, aldıqdan sonra isə apellyasiya şikayəti verəcək", - deyə vəkil bildirib.