Misir limanında tikilməkdə olan AES-in avadanlığı zədələndi
İsgəndəriyyə limanında tikintisi davam edən Əl-Dabaa Atom Elektrik Stansiyasının (AES) avadanlığı zədələnib.
TodayPress TV xəbər verir ki, bu barədə “Atomstroyexport”un mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, fövqəladə hal yük boşaltma zamanı baş verib.
"Hazırda zərərin xarakteri və hadisənin texniki səbəbləri barədə qəti nəticələr çıxarmaq hələ tezdir. Hadisənin nəticələrini qiymətləndirmək komissiya yaradılıb”, - deyə şirkət bildirib.
Qeyd edilib ki, bu hadisə AES-in tikinti qrafikinə təsir göstərməyəcək.
Aysel Mətləb