Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb?
ABŞ-nin Viskonsin-Medison və Prinston universitetlərinin alimlərinin araşdırmasına görə, 2000–2024-cü illərdə Konqo Demokratik Respublikasından 2-5 min ton uran ixrac edilib.
TodayPress TV xəbər verir ki, halbuki ölkə uzun illərdir uran hasilatı barədə Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE)-yə məlumat vermir.
Tədqiqatçılar uranın əsasən kobalt hasilatı zamanı əldə edildiyini və böyük hissəsinin Çinə göndərildiyini bildirirlər. Onların fikrincə, bu vəziyyət nüvə materiallarına nəzarətlə bağlı narahatlıqlar yaradır.