Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi

Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi
31.07.2026 20:24 Dünya

ABŞ Prezidenti Donald Tramp İspaniyada miqrasiya ilə bağlı vəziyyəti tənqid edərək bunu “ölkəyə müdaxilə” kimi qiymətləndirib.

TodayPress TV bu barədə xarici mediaya istinadən xəbər verir.

Tramp bildirib ki, İspaniyada baş verənləri izləyib və vəziyyəti “fəlakət” adlandırıb.

“Bu, yüz minlərlə insanın ölkəyə axını ilə baş verən bir müdaxiləyə bənzəyir. Respublikaçılar seçilməsə, eyni vəziyyət ABŞ-da da baş verəcək, hətta daha böyük miqyasda”, - deyə o vurğulayıb.

ABŞ liderinin sözlərinə görə, İspaniyada yaşananlar aralıq seçkilər öncəsi əsas müzakirə mövzularından birinə çevriləcək.

Tramp həmçinin İspaniya hakimiyyətini sərt tənqid edərək bildirib ki, ölkə yaranmış vəziyyətlə necə davranacağını bilmir və bunun səbəbi “zəif qanunlar, pis idarəetmə və həddindən artıq liberal qanunvericilikdir”.

XƏBƏR LENTİ
31 IYUL 2026
Bütün Xəbərlər