Trampın Qəzza ilə bağlı yeni planı İsrail və HƏMAS-a “sərf etməyəcək”
“Sülh Şurası” ABŞ Prezidenti Donald Trampın Qəzza zolağında münaqişəyə son qoyulması ilə bağlı irəli sürdüyü təşəbbüsün icra planını təqdim edib.
TodayPress TV xəbər verir ki, plana əsasən, İsrail hərbi əməliyyatları dayandırmalıdır. Bunun qarşılığında HƏMAS və digər Fələstin silahlı qruplaşmaları döyüş fəaliyyətini dayandıraraq mülki idarəetmə və təhlükəsizlik sahəsində səlahiyyətlərini Qəzzanın İdarəetmə üzrə Milli Komitəsinə (NCAG) təhvil verməlidirlər.
Sənəddə qeyd olunur ki, Qəzzanın İdarəetmə üzrə Milli Komitəsi podratçılar və təchizatçılar qarşısında ümumi məbləği 400 milyon dollara qədər olan öhdəlikləri üç il ərzində mərhələli şəkildə yerinə yetirəcək.
Razılaşmanın icrasına isə beynəlxalq verifikasiya komitəsinin nəzarət edəcəyi bildirilir.