Məşhur italyan müğənnisi Cino Paoli vəfat etdi

Məşhur italyan müğənnisi Cino Paoli vəfat etdi
25.03.2026 01:33 Dünya

Məşhur italyan müğənnisi Cino Paoli 91 yaşında vəfat edib.

TodayPress TV bildirir ki, bu barədə "ANSA" agentliyi məlumat yayıb.

C.Paoli müğənni, mahnı müəllifi və bəstəkar kimi İtaliya estradasının ən mühüm simalarından biri olub. O, 1934-cü il sentyabrın 23-də sahil şəhəri Monfalkonedə anadan olub.

C.Paolinin 1959-cu ildə müğənni Mina üçün yazdığı "Il cielo in una stanza" mahnısı İtaliyanın illik mahnı reytinqində birinci yeri tutub, həmçinin "Billboard Hot 100" siyahısına daxil olub. Sənətçinin digər məşhur əsərləri arasında onun vizit kartına çevrilən "Sapore di sale" mahnısı da yer alır.

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər