Merts Tramp ilə Ukrayna və Yaxın Şərqi müzakirə etdi

Merts Tramp ilə Ukrayna və Yaxın Şərqi müzakirə etdi
22.03.2026 21:30 Dünya

Almaniya kansleri Fridrix Merts ABŞ Prezidenti Donald Trampla Ukrayna və Yaxın Şərqdəki vəziyyəti müzakirə etdiyini və bu məsələlərlə bağlı Ağ Ev rəhbəri ilə sıx əlaqədə olduğunu bildirib

TodayPress TV xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsində yazıb.

“Trampla İran, İsrail və Ukraynadakı vəziyyəti müzakirə etdim. Sıx əlaqə saxlamağa davam etmək barədə razılığa gəldik”, - deyə o qeyd edib.

Kansler, həmçinin yeni görüşlər elan edərək, fikir mübadiləsinin tezliklə davam edəcəyini bildirib.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər