Mərkəzi İsrail İranın növbəti hücumuna məruz qaldı
İsrailin mərkəzi bölgələrinin bir çoxunda hava hücumu xəbərdarlığı elan edilib.
TodayPress TV "TASS"a istinadən xəbər verir ki, raket təhlükəsi səbəbindən mərkəzi İsraildə bir sıra ərazilərdə hava hücumu sirenaları işə düşüb.
Qeyd edək ki, İsrail ordusu ölkə istiqamətində yeni raket atəşinin qeydə alındığını bildirmişdi. Ordunun məlumatına görə, raketlər İran ərazisindən buraxılıb.
Bildirilib ki, bu, gün ərzində İsrailin mərkəzinə edilən ikinci hücumdur.
Jalə Rövşən