Meksika ABŞ-yə tabe olmaqdan imtina etdi
Meksika Prezidenti Klaudiya Şeynbaum təhlükəsizlik və miqrasiya müqavilələrinin bağlanmasında ABŞ-yə boyun əyməkdən imtina edib.
TodayPress TV xəbər verir ki, bu barədə “Axios” məluat yayıb.
“Meksika immiqrasiya və antikartel məsələlərində ABŞ ilə “təslim olmadan təhlükəsizlik sazişləri bağlamağa hazırdır”, - deyə Şeynbaum Tramp administrasiyasına sərt xəbərdarlıq edib.
Meksika liderinin sözlərinə görə, yeni sazişlərin əsasını “ortaq məsuliyyət, qarşılıqlı etimad, suverenliyə və ərazi bütövlüyünə hörmət və tabeçiliksiz əməkdaşlıq” təşkil etməlidir.
Aysel Mətləb