Maskın sərvəti 600 milyard dolları keçdi
Amerikalı milyarder İlon Mask sərvəti 600 milyard dolları keçib.
TodayPress TV xəbər verir ki, o ilk dəfə 600 milyard dollardan çox sərvətə malik şəxs hesab olunur.
Hazırda İlon Mask planetin ən varlı insanıdır və "Space X"in 42 faiz payına sahibdir. Şirkətin yeni qiymətləndirilməsi ilə Maskın şəxsi sərvəti 168 milyard dollar artaraq təxminən 677 milyard dollara çatıb.
Aynur TAC