Maldiv adaları 18 yaşı olmayanlara siqaret çəkməyi qadağan etdi

Dünya

02.11.2025 14:20

Maldiv adaları 18 yaşa qədər insanlar üçün siqaret çəkməyi qadağan edən ilk ölkə olub.

TodayPress TV xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

Bildirilir ki, 2025-ci il noyabrın 1-dən etibarən 2007-ci il yanvarın 1-dən sonra doğulan vətəndaşlara tütün məmulatlarını almaq, istifadə etmək və ya qəbul etmək qadağan edilir.

Qadağa bütün növ tütün məhsullarına şamil olunur və pərakəndə satıcılar alıcıların yaşını yoxlamağa borcludurlar.

Bu tədbir turistlərə də şamil edilir. Bundan əlavə, elektron siqaretlər və veyplər bütün yaş qrupları üçün tamamilə qadağan olunub.

Azyaşlıya tütün məmulatı satmağa 50 000 rufi (3 200 dollar), veyp istifadə etməyə 5 000 rufi (320 dollar) cəza veriləcək.

Türkan İsgəndərli

TodayPress TV 

tag: Maldiv,Siqaret,Uşaq,Qadağa,Todaypress.tv,