Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO
ABŞ Prezidenti Donald Tramp və Fransa prezidenti Emmanuel Makronun xanımı Bricit Makronun rəsmi qarşılanma mərasimlərindən birində çəkilən görüntüləri sosial şəbəkələrdə marağa səbəb olub.
TodayPress TV xəbər verir ki, kadrlarda Donald Trampın Bricit Makronla salamlaşarkən protokol qaydalarından kənara çıxması, onun əlini buraxmaması və nümayiş etdirdiyi bədən dili izləyicilər arasında böyük müzakirələrə səbəb olub.
Video qısa müddətdə milyonlarla baxış toplayıb.
İstifadəçilərin bir qismi bu anları diplomatik səmimiyyət kimi qiymətləndirsə də, bir çoxları Trampın hərəkətlərini qeyri-etik və gərginlik yaradan addım kimi şərh edib.
Jalə Rövşən