Makron İrəvanda gecə şou göstərdi: 3 qrup, camaşırxanada...
Dünya
05.05.2026 10:39
Fransa Prezidenti Emmanuel Makron dövlət səfəri ilə Ermənistanda olarkən Yerevan Marriott otelində prezident lüks nömrəsində qalıb.
TodayPress TV xəbər verir ki, bir gecənin qiyməti 900 min dram (təxminən 4000 manat) olub.
Fransız nümayəndə heyəti 3 qrup halında gəlib. İlk iki qrup əvvəlcədən gələrək hazırlıq işləri aparıb və Makronun geyimlərini otelə təhvil verib ki, yuyulsun və ütülənsin. Lakin geyimlər otelin adi camaşırxanasında yuyulmayıb — otel işçiləri onları peşəkar təmizləməyə aparıb, yerində gözləyib və hazır vəziyyətdə geri qaytarıblar.
Otel ərazisində gücləndirilmiş nəzarət tətbiq olunub, əlavə kameralar quraşdırılıb.
Bu, erməni mətbuatının sensasiya xarakterli xəbəridir.
tag: Makron,Fransa,Ermənistan,Yerevan,Todaypress.tv,
