Maduraya məktub göndərmək üçün ünvanlar açıqlandı

Maduraya məktub göndərmək üçün ünvanlar açıqlandı
28.01.2026 16:59 Dünya

Venesuelanın Rusiyadakı səfirliyi Prezident Nikolas Maduroya və onun həyat yoldaşı Siliya Floresə məktub göndərmək üçün ünvanları təqdim edib.

TodayPress TV xəbər verir ki, bu məlumatlar diplomatik missiyanın "TASS" agentliyinə təqdim etdiyi materiallarda yer alıb.

Sənəddə qeyd olunur ki, həmrəylik nişanələri adi poçt vasitəsilə birbaşa göndərilə bilər. Məktublar üçün göstərilən məlumatlar belədir:

Məhbus nömrələri: Nikolas Maduro — 00734-506, Siliya Flores — 00735-506, MDC Brooklyn həbsxanası.

Bundan əlavə, səfirlik yazışmaların diplomatik nümayəndəlik vasitəsilə də ötürülməsini təklif edir. 

Qiymət Mahir

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər