Macarıstan: Fransada təhlükəli qüvvələr hakimiyyətə gələcək
Dünya
09.09.2025 09:34
Fransada hökumətin istefası fonunda daha radikal və təhlükəli siyasi qüvvələrin hakimiyyətə gələ biləcəyi ilə bağlı xəbərdarlıq edilib.
TodayPress TV xəbər verir ki, bu barədə Macarıstanın Fundamental Hüquqlar Mərkəzinin analitiki Zoltan Koskoviç "X" sosial şəbəkəsində paylaşım edib.
Analitik qeyd edib ki, baş verənlər təkcə Fransa üçün deyil, bütün Avropa üçün ciddi təhlükə yaradır və avropalılar bu prosesə qarşı mübarizə aparmalıdır:
"Fransa hökuməti şəxsiyyətə əsaslanan postmodernist sol hərəkat forması ilə əvəzlənəcək. Bu isə Marksın qəbirdən yüksələn təntənəsi olacaq", – deyə Koskoviç vurğulayıb.
O, bu siyasi qüvvələri “təhlükəli” adlandıraraq bildirib ki, Avropa cəmiyyəti bu dəyişikliklərə qarşı ayıq-sayıq olmalıdır.
Türkan İsgəndərli
tag: Fransa,Macarıstan,Hökümət,İstefa,Todaypress.tv,