ABŞ və Çin "TikTok"la bağlı razılığa gəldilər
Dünya
15.09.2025 12:16
ABŞ-nin maliyyə naziri Skot Bessent bildirib ki, Vaşinqton və Pekin "TikTok"un ABŞ-də istifadəsi ilə bağlı razılaşmaya yaxınlaşıblar.
TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Onun sözlərinə görə, Çin nümayəndə heyəti ilə texniki detallar üzərində danışıqlarda ciddi irəliləyiş əldə olunub.
Daha əvvəl açıqlanıb ki, İspaniyada keçirilən görüşdə ABŞ və Çin nümayəndələri ticarət və iqtisadi məsələlərlə yanaşı, "TikTok"un taleyini də müzakirə ediblər. ABŞ nümayəndə heyətinə Skot Bessent, Çin heyətinə isə Baş nazirin müavini He Lifenq rəhbərlik edib.
Xatırladaq ki, 2024-cü ildə ABŞ administrasiyası "TikTok"un Çinli sahibi "ByteDance"ə platformanı satmaq və ya ABŞ-dəkı fəaliyyətini dayandırmaq tələbi qoymuşdu.
Türkan İsgəndərli
tag: ABŞ,Çin,Tiktok,Razılaşma,Todaypress.tv,