Tramp: "İran razılaşmanı pozsa, genişmiqyaslı hücum olacaq"

Tramp: "İran razılaşmanı pozsa, genişmiqyaslı hücum olacaq"
09.04.2026 09:44 Dünya

ABŞ Prezidenti Donald Tramp İranı atəşkəs razılaşmasına əməl etməyə çağırıb.

TodayPress TV xəbər verir ki, Donald Tramp bunu "Truth Social" platformasında yazıb.

O bildirib ki, razılaşma pozularsa, daha güclü hərbi qarşıdurma baş verə bilər.

“Əgər bu baş verməsə, o zaman indiyə qədər görülməmiş miqyasda və gücdə qarşıdurma başlayacaq”, — deyə Tramp qeyd edib.

Onun sözlərinə görə, ABŞ qüvvələri və hərbi gəmilər razılaşma tam təmin olunana qədər İran ətrafında qalacaq:

“İranın nüvə silahı olmamalıdır, Hörmüz boğazı açıq və təhlükəsiz olacaq”.

Qeyd edək ki, aprelin 8-nə keçən gecə ABŞ və İran iki həftəlik atəşkəs barədə razılığa gəlib.

Qiymət Mahir

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər