İsrail: Yəmən tərəfindən raket buraxılıb
Dünya
28.06.2025 10:30
İsrail Müdafiə Qüvvəsi Yəmən tərəfindən raket buraxıldığını qeydə aldıqlarını açıqlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə Müdafiə Qüvvəsinin "Telegram" kanalında məlumat yayılıb.
“Raket istiqamətinə qarşıtəyinatlı raket buraxılıb və ehtimal olunur ki, raket uğurla ələ keçirilib”, – deyə bəyanatda qeyd olunub.
Xatırladaq ki, iyunun 24-də İsrail və İran arasında atəşkəs rejimi qüvvəyə minib. ABŞ prezidenti Donald Tramp münaqişə tərəflərinin 12 gün davam edən müharibəyə son qoymaq üçün ilkin atəşkəs barədə razılığa gəldiklərini, bu razılaşmanın 24 saat ərzində rəsmi atəşkəsə çevriləcəyini bəyan etmişdi.
Elə həmin gün İsrail İran tərəfindən yeni bir raket buraxılışının qeydə alındığı bildirilib. Lakin İran Silahlı Qüvvələrinin Baş Qərargahı İsrailə qarşı zərbə endirilməsi faktını təkzib edib.
Töhfə Səməd
tag: İsrail ,İran,Yəmən,Raket,Todaypress.tv,