Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək

Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək
15.06.2026 14:44 Dünya

Belarus Prezidenti Aleksandr Lukaşenko yaxın vaxtlarda rusiyalı həmkarı Vladimir Putinlə görüşməyi planlaşdırdığını bəyan edib.

TodayPress TV xəbər verir ki, bu barədə Belarus lideri Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündə bildirib.

Aleksandr Lukaşenko görüşdə problemli məsələlərin müzakirə olunacağını bildirib:

"Yaxın vaxtlarda görüşmək və bizə aid olan problemli məsələləri müzakirə etmək barədə razılığa gəldik. Çünki aramızda belə bir razılaşma var: əgər hökumət hansısa məsələni həll edə bilmirsə, bu, iki prezidentin diqqət mərkəzində qalır".

Jalə Rövşən 

XƏBƏR LENTİ
15 IYUN 2026
Bütün Xəbərlər