Londonda atışma baş verdi: Yaralananlar var

Londonda atışma baş verdi: Yaralananlar var
02.05.2026 23:02 Dünya

İngiltərənin London şəhərində cənubunda bir avtomobildən çoxsaylı atəşin açılması nəticəsində dörd nəfər güllə yarası ilə xəstəxanaya yerləşdirilib.

TodayPress TV xəbər verir ki, bu barədə “BBC” metropoliten polisinə istinadən məumat yayıb.

Bildirilib ki, Brixton rayonunda baş verən atışmadan sonra 25 yaşlı bir kişinin vəziyyəti həyatı üçün təhlükəli olaraq qalır, digər üç şəxs isə həyati təhlükəsi olmayan yaralar alıblar.

Hələlik faktla bağlı heç bir həbs qətimkan tədbiri görülməyib, polis hadisə ilə bağlı araşdırmaları davam etdirir.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər