Livan prezidenti İsrailə atəşkəs təklif etdi

Livan prezidenti İsrailə atəşkəs təklif etdi
13.03.2026 17:52 Dünya

Livan Prezidenti Cozef Aun İsrailə bir aylıq atəşkəs təklif edərək bu müddət ərzində "Hizbullah" silahlı qruplaşmasının tərksilahına nail olacağını bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə "Əş-Şərq əl-Əvsət" qəzeti Beyrutdakı diplomatik mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Livan prezidenti sülh təklifini ABŞ-nin Livandakı səfiri Maykl İssa vasitəsilə İsrail tərəfinə çatdırıb.

Aun bildirib ki, atəşkəs Livan ordusunun hökumət tərəfindən təsdiqlənmiş bütün qanunsuz silahlı qrupların tərksilah proqramını başa çatdırması üçün lazımdır. O vurğulayıb ki, belə bir əməliyyatın aktiv hərbi şəraitdə həyata keçirilməsi mümkün deyil.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər