Litvada dəhşətli qasırğa: 256 min nəfər qaranlıqda qaldı!

Litvada dəhşətli qasırğa: 256 min nəfər qaranlıqda qaldı!
23.08.2026 03:00 Dünya

Litvada qasırğa səbəbindən 256 min nəfər elektrik enerjisindən məhrum olub.

TodayPress TV xəbər verir ki, bu barədə milli paylayıcı şəbəkə operatoru “Energijos skirstymo operatorius” məlumat yayıb.

Kütləvi elektrik kəsintilərinə səbəb güclü leysan yağışları və sürəti bəzi yerlərdə saniyədə 28-30 metrə çatan küləyin şiddətli əsdiyi güclü qasırğa olub. Təbii fəlakətin şiddətlənməsi nəticəsində ağaclar kütləvi şəkildə aşıb, elektrik xətlərini qırıb və infrastruktura zərər vurub.

Aysel Mətləb

XƏBƏR LENTİ
23 AVQUST 2026
Bütün Xəbərlər