Lavrov: "Tramp dialoqa açıqdır və müharibə istəmir"

Lavrov: "Tramp dialoqa açıqdır və müharibə istəmir"
28.07.2025 13:34 Dünya

Rusiya Xarici İşlər Naziri Sergey Lavrov ABŞ prezidenti Donald Trampın müharibə istəmədiyini bildirib. 

TodayPress TV xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

"O, sələfi cənab Cozef Baydendən və indiki Avropa elitaları olan Ursula fon der Lyayen, Kir Starmer, Emmanuel Makron kimi şəxslərdən fərqli olaraq, dialoqa açıqdır".

Lavrovun sözlərinə görə, Trampın dialoqa meyilli olması onu digər Qərb liderlərindən fərqləndirir. O, həmçinin vurğulayıb ki, soyuq müharibə dövründə belə dialoq münaqişələrin qarşısını almaqda mühüm rol oynayıb və bu gün də bu prinsip qorunmalıdır.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
18 IYUL 2026
Bütün Xəbərlər