Latviyanın Ukraynaya yardımı 500 milyon dolları ötdü
Latviya 2022-ci ildən bəri Ukraynaya 500 milyon dollardan çox hərbi yardım göstərib.
TodayPress TV xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Rəsmi məlumatlara görə, Latviya 2022 və 2023-cü illərdə Ukraynaya ümumilikdə 399.6 milyon dollar, 2024-cü ildə isə 145.58 milyon dollar yardım edib. 2025 və 2026-cı illərdə bu məbləğ ölkənin ÜDM-nin ən azı 0,25%-i həcmində olacaq.
Latviya Ukraynaya pilotsuz uçuş aparatları, helikopterlər, haubitsalar, döyüş sursatları, tank əleyhinə silahlar, hava hücumundan müdafiə sistemləri, “Patria” zirehli texnikası, radarlar və digər hərbi avadanlıqlar göndərib.
Türkan İsgəndərli