Latviyada rus dilinə məhdudiyyətlər qoyuldu
Latviya hakimiyyəti yerli məktəblərdə rus dilinin ikinci xarici dil kimi tədrisini qadağan edib.
TodayPress TV xəbər verir ki, qərar 1 yanvar 2026-cı ildən qüvvəyə minib.
Həmin tarixdən etibarən dövlətə məxsus mediada rus dilində televiziya və radio yayımı da dayandırılıb. Bundan əlavə, rusdilli kitabların satışına tətbiq olunan ƏDV 21%-ə qədər artırılıb.
Hakimiyyət bildirib ki, məqsəd yalnız Latviya dili və ya Avropa Birliyi dillərindən ibarət vahid informasiya məkanı yaratmaqdır. Bu addımlar milli təhlükəsizliklə əsaslandırılıb.
Qeyd edək ki, Latviya əhalisinin təxminən 40 faizi rus dilində danışır.
Türkan İsgəndərli