Latviya Rusiya ilə sərhəd hasarını tamamladı

Latviya Rusiya ilə sərhəd hasarını tamamladı
30.12.2025 10:30 Dünya

Latviya Rusiya ilə sərhədində hasarın tikintisini başa çatdırıb. 

TodayPress TV xəbər verir ki, bu barədə layihəyə məsul olan dövlət şirkəti "Valsts Nekustamie Ipasumi" (VNI) məlumat verib.

Bildirilib ki, son mərhələdə inşa edilən 99 km-lik hasarın 72 km-i istifadəyə verilib.

Qeyd edək ki, Latviya-Rusiya sərhədindəki hasarın ümumi uzunluğu təxminən 280 km-dir və bu, texniki cəhətdən mümkün yerlərdə davamlı fiziki maneə yaradır.

Layihənin dəyəri əvvəllər 146 milyon avro olaraq qiymətləndirilib.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər