Krımda Feodosiya neft bazası vuruldu
Krımda "Saki" aerodromu və Feodosiya şəhərindəki neft bazası dron hücumuna məruz qalıb.
TodayPress TV xarici KİV-ə istinadən xəbər verir ki, hadisə zamanı Novofedorovkada yerləşən “Saki” aerodromu ərazisində partlayış səsləri eşidilib və hava hücumundan müdafiə sistemləri işə düşüb.
Təxminən bir saat sonra Feodosiya şəhərindəki neft bazası da dron zərbəsinə məruz qalıb.
Jalə Rövşən