“Konyaspor”un avtobusu qəzaya düşdü - Xəsarət alanlar var

“Konyaspor”un avtobusu qəzaya düşdü - Xəsarət alanlar var
31.01.2026 07:41 Dünya

Türkiyənin “Konyaspor” klubunun 19 yaşadək futbolçularından ibarət komandasını daşıyan avtobus qəza edib.

TodayPress TV xəbər verir ki, bu haqda “TRT Haber” məlumat yayıb.

Məlumata görə, “Beşiktaş”la səfər matçı üçün İstanbula gedən avtobus TEM şossesində yük maşınına çırpılıb.

İlkin məlumata görə, qəza nəticəsində 3 nəfər (2 futbolçu və sürücü) xəsarət alıb və həkim briqadaları tərəfindən ilkin tibbi yardım göstərildikdən sonra təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər