Kiyevin böyük bir hissəsi işıqsız qaldı
Dünya
29.11.2025 12:30
Ötən gecə Ukraynada Kiyev şəhəri və Kiyev vilayətinin elektrik enerjisi təchizatı obyektləri rakel və dron hücumlarına məruz qalıb.
TodayPress TV bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Ukrayna paytaxtının meri Vitaliy Kliçko "Telegram" kanalında şəhərin qərb hissəsinin işıqsız qaldığını bildirib.
Kiyevin Qoloseyevski və Solomyanski rayonlarında qalıqların yaşayış üçün nəzərdə tutulmayan binalara və açıq ərazilərə düşməsi nəticəsində yanğınlar baş verib.
KİV Rusiyanın “Geran” pilotsuz uçuş aparatlarının hücumları nəticəsində Kiyevdə onlarla partlayışın qeydə alındığını yazıb.
Dron zərbələrindən biri 5/6 İstililk Elektrik Stansiyasına tuş gəlib. Bununla əlaqədar paytaxt ərazisində elektrik enerjisinin verilişində ciddi kəsintilər meydana gəlib.
tag: Kiyev,Hücum,İşıq,Kəsinti,Todaypress.tv,
