KİV: Tramp Zelenskiyə “yaşıl işıq” yandırdı

KİV: Tramp Zelenskiyə “yaşıl işıq” yandırdı
23.06.2026 15:29 Dünya

ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə şəxsi söhbətində Rusiyanı danışıqlar masasına əyləşdirmək məqsədilə daha qətiyyətli addımların atılmasını dəstəklədiyini bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə “The Kyiv Independent” nəşri Ukrayna rəsmilərinə istinadən məlumat yayıb.

Məlumata görə, söhbət zamanı Rusiyaya təzyiqlərin artırılması və bu istiqamətdə “Böyük Yeddilik” (G7) ölkələrinin liderləri ilə koordinasiyanın gücləndirilməsi məsələləri müzakirə olunub.

Bunun ardınca Zelenskinin komandası Trampa ABŞ ərazisində Ukrayna və Rusiya liderlərinin iştirakı ilə sammit keçirməyi təklif edib.

Nəşrin istinad etdiyi yüksəkvəzifəli ukraynalı rəsmisinin sözlərinə görə, “Donald Tramp bu ideyanı bəyənib”.

Hələlik Ağ Ev və ya digər rəsmi qurumlar sözügedən məlumatla bağlı açıqlama verməyib.

TodayPress TV

XƏBƏR LENTİ
23 IYUN 2026
Bütün Xəbərlər