KİV: Tehran münaqişənin gərginliyini azaltmaq üçün Moskva ilə əlaqə saxlayır
Tehran ABŞ və İsrail tərəfindən başlanan münaqişənin gərginliyini azaltmaq üçün Moskva ilə əlaqə saxlayır.
TodayPress TV xəbər verir ki, bu barədə “TASS”a İran İslam Respublikasının Avstriyadakı səfirliyindən məlumat verilib.
"Rusiya bizim sıx əlaqə saxladığımız dost ölkədir", - deyə bildirilib.
İranın Rusiyanı sülh yolu ilə həllində mümkün vasitəçi kimi görüb-görmədiyi soruşulduqda, diplomatik missiya qeyd edib ki, İslam Respublikası hakimiyyəti "hər biri bu sahədə mühüm rol oynaya biləcək bir çox dost ölkə ilə" əlaqə saxlayır.
Aysel Mətləb