KİV: Ərazi güzəştləri AB–Tramp arasında gərginlik yaratdı

Dünya

15.12.2025 10:38

Ərazi güzəştləri məsələsi AB ilə Tramp arasında qarşıdurmaya səbəb oldu.

TodayPress TV "Politico" ya  istinadən xəbər verir ki, Ukraynadakı münaqişənin həlli üçün sülh planındakı ərazi məsələsi  Aİ liderləri ilə ABŞ Prezidenti Donald Tramp arasında fikir ayrılığına səbəb olub. 

Mənbə nəşrə bildirib ki, "ABŞ Avropanın sərt etirazlarına baxmayaraq ərazi güzəştlərində israr edir və bu da Tramp administrasiyası ilə qarşıdurma yaradır".

Aİ liderləri isə öz növbəsində Kiyev aydın təhlükəsizlik zəmanətləri almayana qədər ərazi güzəştləri ilə bağlı irəliləyişin mümkün olmadığını iddia edirlər .

Müəlliflərə görə, sülh planının məzmunu hazırda qeyri-müəyyən olaraq qalır və ərazilər məsələsi "xüsusilə mürəkkəbdir".

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bir gün əvvəl bildirib ki, ABŞ-nin Kiyev və Avropa liderləri ilə məsləhətləşmələrdən sonra Ukraynadakı münaqişənin həlli ilə bağlı kağız üzərində yaxşı bir şeyə nail olması ehtimalı azdır.

Uşakov əlavə edib ki, Rusiya hələlik ABŞ-nin yenilənmiş sülh planını görməyib. Bununla belə, o, hesab edir ki, Ukrayna və Avropanın bu sənədlərə verdiyi töhfənin konstruktiv olacağı ehtimalı azdır. Prezidentin köməkçisinin sözlərinə görə, əgər düzəlişlər Moskvanın əvvəllər Amerika nümayəndələri ilə danışıqlarda ifadə etdiyi mövqe ilə uyğun gəlməsə, Rusiyanın çox güclü etirazları olacaq.

Jalə Rövşən 

TodayPress TV

tag: ABŞ,Aİ,Yuri Uşakov,Donald Tramp,Todaypress.tv,