KİV: ABŞ Yaxın Şərqə daha bir aviadaşıyıcı gəmi göndərir

KİV: ABŞ Yaxın Şərqə daha bir aviadaşıyıcı gəmi göndərir
01.04.2026 05:35 Dünya

ABŞ "USS George H. W. Bush"un rəhbərlik etdiyi üçüncü aviadaşıyıcı zərbə qrupunu Yaxın Şərqə yönləndirir.

TodayPress TV xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti rəsmi mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, aviadaşıyıcı çərşənbə axşamı Virciniya ştatındakı "Norfolk" hərbi dəniz bazasından yola düşüb və artıq regionda olan, Ərəbistan dənizində fəaliyyət göstərən "USS Abraham Lincoln" zərbə qrupuna və Xorvatiya limanında təmirdə olan "USS Gerald R. Ford"a qoşulacaq.

Qüvvələrin yerdəyişməsi ABŞ Prezidenti Donald Trampın İrana qarşı gələcək hərbi əməliyyat variantlarını nəzərdən keçirməsi fonunda baş verir. Ötən həftəsonu göyərtəsində dəniz piyadalarının ekspedisiya bölməsi olan desant gəmiləri Yaxın Şərq sularına daxil olub.

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər