KİV: ABŞ-nin neft və qaz müqavilələri iflic vəziyyətinə düşdü
Yaxın Şərq münaqişəsi səbəbindən enerji qiymətlərinin kəskin artmasının yaratdığı bazar qeyri-müəyyənliyi fonunda ABŞ-də neft və qaz sövdələşmələri faktiki olaraq dayandırılıb.
TodayPress TV xəbər verir ki, bu barədə “Financial Times” (FT) bankirlərə və vəkillərə istinadən məlumat yayıb.
Bildirilib ki, bu sahədə bütün danışıqlar bazarlar sakitləşənə və əmtəə qiymətləri sabitləşənə qədər yavaşlayıb və ya dayandırılıb.
"Hər şey sadəcə dayanıb. Hazırda hər şey iflic vəziyyətdədir, çünki heç kim heç nəyin qiymətini müəyyən edə bilmir", - deyə “Vinson & Elkins” hüquq firmasının tərəfdaşı Brayan Luk nəşrə bildirib.
Aysel Mətləb