Kim Çen In qızı ilə birlikdə hərbi təlimdə iştirak etdi
Dünya
20.03.2026 18:45
Kim Çen In qızı Kim Cu E ilə birlikdə hərbi təlim zamanı tankı sınaqdan keçirib.
TodayPress TV xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.
Məlumata görə, Kim Çen In Koreya Xalq Ordusunun Paytaxt Müdafiə Korpusunun təlim bazasına baş çəkərək piyada və tank bölmələrinin birgə taktiki təlimlərini izləyib.
Təlimlərdə xüsusi təyinatlı qüvvələr, zirehli bölmələr və tank ekipajları iştirak edib. Kim Çen In yeni tankın uzun illər ərzində hazırlanmış müasir texnika olduğunu, atəş idarəetmə və elektron müharibə sistemləri ilə təchiz edildiyini bildirib.
O qeyd edib ki, bu texnika ordunun döyüş qabiliyyətini artıracaq və xüsusilə gecə əməliyyatlarında effektivliyi yüksəldəcək. Kim Çen In həmçinin yeni tankın yüksək müdafiə və döyüş imkanlarına malik olduğunu vurğulayıb.
Türkan İsgəndərli
tag: Şimali Koreya,Kim Çen In,Sınaq,Tank,Todaypress.tv,
