Kim Çen In "Ballistik" raketləri izlədi
Dünya
20.04.2026 08:59
Aprelin 19-da KXDR-in Baş Raket İdarəsi modifikasiya edilmiş Hvasongpo-11ra taktiki yer-yer ballistik raketlərinin döyüş başlığının gücünü qiymətləndirmək məqsədilə sınaq buraxılışı həyata keçirib.
TodayPress TV xəbər verir ki,"KCNA" xəbər agentliyinin məlumatına əsasən, buraxılışı KXDR Dövlət İşləri üzrə Sədri Kim Çen In, Partiya Mərkəzi Komitəsinin şöbə müdirinin birinci müavini Kim Çen Sık, Ordu generalı Canq Çanq Ha, Baş Raket İdarəsinin rəisi, Koreya Xalq Ordusunun 1-ci Korpusunun komandiri general-leytenant An Yonq Hvan və digər şəxslər müşahidə ediblər.
Agentliyin qeydinə görə, sınaq buraxılışının məqsədi taktiki ballistik raketlərdə istifadə olunan kasetli sursatların və yüksək partlayıcı parçalanma başlıqlarının xüsusiyyətlərini və gücünü yoxlamaq olub. Hədəfin ətrafında, 136 km məsafədə yerləşən bir adaya doğru atılan beş raket 12,5–13 hektar ərazini əhatə edən yüksək sıxlıqlı zərbə effekti yaradaraq üstün nəticə göstərib.
Kim Çen In bildirib ki, müxtəlif təyinatlı kasetli sursatların hazırlanması və tətbiqi KXDR ordusunun əməliyyat ehtiyaclarını effektiv şəkildə qarşılayır. O, həm yüksək dəqiqlikli zərbələrin, həm də müəyyən hədəflərə qarşı yüksək sıxlıqlı hücum qabiliyyətinin artırılmasının böyük əhəmiyyət daşıdığını vurğulayıb və sınaq nəticələrindən məmnunluğunu ifadə edib. Şimali Koreya lideri həmçinin döyüş başlığı dizaynerlərinin işini yüksək qiymətləndirərək onların vaxt itirmədiklərini qeyd edib.
Həmçinin, Kim Çen In müdafiə tədqiqat qruplarına KXDR ordusunun döyüş hazırlığının artırılması istiqamətində fəaliyyətlərində davamlı uğurlar və yeni nailiyyətlər arzulayıb.
Jalə Rövşən
tag: Kim Çen In ,Koreya ,Ballistik Raket ,KXDR,Todaypress.tv,
Putin-Uitkoff görüşü başladı
06.08.2025
Avqustun 6-da Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff ilə Moskvad...
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
10.03.2026
Ermənistanın baş naziri Nikol Paşinyan Parisdə Fransa prezidenti Emmanuel Makronla görüşüb.TodayPress TV xəbər verir ki,...
ABŞ İtaliyadan Qəzza üçün sabitləşdirmə qüvvələrinə qoşulmağı istəyir
24.01.2026
ABŞ İtaliyadan sülhməramlı mexanizmin təsisçi üzvü kimi Qəzza zolağındakı beynəlxalq sabitləşdirmə qüvvələrinə qoşulmas...
Paşinyan Rusiyaya getdi
25.09.2025
Bu gün Ermənistan Baş naziri Nikol Paşinyan Rusiyaya işgüzar səfər edib.TodayPress TV xəbər verir ki, bu barədə Ermənist...
ABŞ-nin Venesueladakı səfirliyi fəaliyyətini bərpa edir
30.03.2026
ABŞ-nin Venesueladakı səfirliyi rəsmi olaraq fəaliyyətini bərpa edir.TodayPress TV bildirir ki, bu barədə ABŞ Dövlət Dep...
Türkiyənin paytaxtında zəlzələ baş verdi
11.09.2025
Ankaranın Kalecik rayonunda 4,1 maqnitudalı zəlzələ baş verib. TodayPress TV xəbər verir ki, bu barədə Fövqəladə Ha...
Süni intellekt texnologiyaları “silah” adlandırıldı
29.05.2025
Hazırda süni intellekt (AI) texnologiyalarını silah adlandırmaq olar. TodayPress TV xəbər verir ki, bu fikri "İzves...
ABŞ-dən Yaponiyaya təzyiq: Müdafiə xərclərini artırın
21.06.2025
ABŞ hökuməti Yaponiyadan müdafiə xərclərini ümumi daxili məhsulun (ÜDM) 3,5 faizinə çatdırmağı tələb edib. TodayPress TV...
Ərdoğan: Türkiyə Qəzzada atəşkəs və bərpa işlərini yaxından izləyəcək
09.10.2025
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzzada atəşkəs razılaşmasının bütün şərtlərinin icrasını diqqətlə izləyəcəyini...
ABŞ maliyyə naziri: "Putin və Zelenski görüşə bilər"
19.08.2025
ABŞ maliyyə naziri Skott Bessent Rusiya Prezidenti Vladimir Putin ilə Ukrayna lideri Volodimir Zelenskinin görüş ehtimal...
