Kılıçdaroğlu: "Qurultay prosesimizə start veririk"
"İyunun 11-i, cümə axşamı günü keçirəcəyimiz ilk Partiya Məclisinin iclası ilə qurultay prosesimizə start veririk".
TodayPress TV xəbər verir ki, bunu CHP Baş sədri Kamal Kılıçdaroğlu sosial media hesabında etdiyi paylaşımda bildirib.
Kılıçdaroğlu qeyd edib ki, CHP daxilində birlik və həmrəylik qorunur, partiyanın əsas məqsədi isə Türkiyədə ədaləti, demokratiyanı gücləndirmək və ölkənin inkişaf hədəflərinə nail olmaqdır:
"Biz fərqli fikirlərimizlə zənginləşərək böyüyən və eyni amal ətrafında sıx birləşən nəhəng bir ailəyik. Bir-birimizə rəqib deyilik, bizlər CHP-nin çiyin-çiyinə addımlayan övladlarıyıq. Hədəfimiz bəllidir: Cümhuriyyətimizin ikinci əsrində ədaləti, demokratiyanı bərqərar etmək və millətimizin müasir sivilizasiya hədəfini reallaşdırmaqdır.
İyunun 11-i, cümə axşamı günü keçirəcəyimiz ilk Partiya Məclisinin iclası ilə qurultay prosesimizə start veririk. Bütün təşkilatımızı sabahkı fraksiya iclasımızda tək ürək olmağa, sağlam düşüncə və yoldaşlıq bağı ilə sıx birləşməyə dəvət edirəm".
Aysel Mətləb