Keniyada daşqınlar nəticəsində ölənlərin sayı 62-yə çatdı

Keniyada daşqınlar nəticəsində ölənlərin sayı 62-yə çatdı
14.03.2026 14:30 Dünya

Keniyada şiddətli yağışların yaratdığı şiddətli daşqınlar nəticəsində ölənlərin sayı 62-yə çatıb.

TodayPress TV xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatlarına görə, ölənlərdən 46-sı kişi, 8-i qadın və 8-i uşaq olub.

Ölüm hadisələrindən 17-si Şərq bölgəsində, 7-si isə Rift Vadisi bölgəsində baş verib.

Axtarış-xilasetmə və təxliyə işlərinin davam etdiyi ölkədə mülki itkilərlə yanaşı, infrastruktura da ciddi ziyan dəydiyi bildirilir.





XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər